Egey dənizində qaçqınları daşıyan gəmi batıb, 3 uşaq boğulub

Egey dənizində qaçqınları daşıyan gəmi batıb, 3 uşaq boğulub
14:17 15 Yanvar 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.15 yanvar. REPORT.AZ/ Egey dənizinin Yunanıstan hissəsində, Aqatonisi adası sahillərində qaçqınların olduğu gəminin batması nəticəsində 3 uşaq boğularaq ölüb. 
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, xilasedicilər batan gəmidən 20 nəfəri sağ çıxarıblar. Onlar Yunanıstanın Aqatonisi adasına aparılıb. Oradan isə ölkənin Pisaqoreio limanına köçürüləcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/egey-denizinde-qacqinlari-dasiyan-gemi-batib-3-usaq-bogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR