"Mənim ideyam var!" cizgi filmləri üçün süjetlər müsabiqəsi

"Mənim ideyam var!" cizgi filmləri üçün süjetlər müsabiqəsi
15:05 15 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

"Azanfilm" cizgi filmləri studiyası "Mənim ideyam var!" cizgi filmləri üçün qısa və orijinal süjetlər müsabiqəsi elan edir.  

Müsabiqə "Azanfilm" studiyasının yeni inkişaf planına uyğun olaraq animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması, milli dəyərlərin təbliği məqsədilə keçirilir. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur. 

Müsabiqənin şərtləri:  

1.​ Cizgi filmləri üçün süjetlər orijinal ola və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənə bilər. 

2.​ Süjetlər 15.01.2016 tarixindən 01.04.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 01.05.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər. 

3.​ Bir müəllif istənilən sayda süjet təqdim edə bilər.

4.​ Süjetlər Times New Roman şriftində, 12 ölçüsündə 1 səhifədən və ya 800 işarədən artıq olmamaq şərtilə .doc və ya pdf formatında azanfilm.studio@gmail.com və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır. 

5.​ Təqdim olunan süjetlərlə yanaşı, müəllifin adı, soyadı, əlaqə telefonları və e-mail qeyd edilməlidir. 

6.​ İştirakçı müsabiqəyə süjet təqdim etməklə müəllif hüquqlarının ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir.  

Münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq.

Stilistika və həcm etibarilə müsabiqə işlərinin aşağıdakı təxmini nümunə şəklində olması gözlənilir. 

Uzun ömür bəxş edən sehrli alma ağacını qorxunc Div zəbt edib. Div ancaq bir söz bilir: "Yox!" Adamlar Divə nə qədər yalvarıb-yaxarıb dilə gətirmək istəsələr də, Div "Yox!" deyib heç kimi ağacdan alma dərməyə qoymur. Məmləkətin hər bir bucağından Divin üstünə nə qədər pəhləvan tökülüşsə də, heç kim ona güc gələ bilmir. Bu vaxt Cırtdan gəlir. Hamını gülmək tutur ki, Cırtdan hara, bu yekəlikdə Div hara. Cırtdan durur düz Divin qabağında və deyir: "Almadan dərsəm, inciməzsən ki?" Div başını qaşıya-qaşıya deyir: "Yox". Cırtdan mat qalmış adamların gözü qarşısında almanı dərib, yeyə-yeyə uzaqlaşır. 

Əlaqə məlumatları: 

Müsabiqənin koordinatoru: Səmayə Əsgərova 

Ünvan: Moskva pr. 1, AZ1012 Bakı 

Tel: 012 430 8784; 012 430 8785 

Email: azanfilm.studio@gmail.com 

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR