Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Ramin Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.