“Günəşli” yatağındakı quyulardan birində yanğın söndürülüb

“Günəşli” yatağındakı quyulardan birində yanğın söndürülüb
16:51 15 Yanvar 2016
16 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən Axşam.az-a bildiriblər ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib. Həmçinin quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularından birində yanğını söndürmək mümkün olub.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR