"Nə nazirlər, nə də məmurlar heç kəsdən üstün deyil" - dünya çempionumuz

"Nə nazirlər, nə də məmurlar heç kəsdən üstün deyil" -   dünya çempionumuz
16:10 16 Yanvar 2016
133 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyevdən sonra, bu qurumun vitse-prezidenti Güloğlan Cabbarov da sərt çıxışı ilə yadda qalıb.

Fanat.az xəbər verir ki, 39 yaşlı kikboksinq üzrə üçqat, uşu-sanda üzrə birqat dünya çempionumuz nazir və məmurları ölkədə gedən son hadisələrlə bağlı tənqid edib:

"Deyirəm, doğrudan da 2 ayın içində bu millət nə hala gəldi çıxdı. Qubada, Siyəzəndə, Lənkəranda, İmişlidə olan insanlar da bu millətin övladıdı, orda iğtişaşları yatırdan xalqla üz-üzə gələn əsgər, polis də bu millətin övladıdı! Nə xalqda məmurlara güvən, nə də məmurlara etibar qaldı... Amma hər nə olur-olsun, biz bu millətin övladlarıyıq. Bu xalqı, bu dövləti və dövlətçiliyimizi qorumaq bizim borcumuzdu! Hər kəs əlini vicdanına qoymalıdı və bu gün nə nazirlər, nə də dövlət məmurları heç bir kəsdən artıq, üstün deyil! Lazım gəlsə, kabinetlərindən yanlarını tərpədib xalqın arasında olmalıdılar, lazım gəlsə, bir-bir millətin qapısına gedib hər şeyi izah etməlidilər. Cənablar bilməlidi ki, bu xalq, bu millət lazım gəlsə, pendir-çörəklə də yaşayar! Millətə lazım olan əsasən də bu həssas dönəmdə diqqətdi, diqqət! Xalqın etibarını qazanmaq üçün təkəbbürlüyü unudub xalqla bir yerdə olmaq lazımdı. Qubanın icra başçısı deyir, 3-5 nəfər gəlin kabinetimə, sizi qəbul edim. Adama deyərlər, sən kimdən artıqsan, sən get də onların ayağına, şahlığından düşməyəcəksən ki".

Qeyd edək ki, Güloğlan Cabbarov 2008-ci ilin dekabrın 12-dən AKF-nin vitse-prezidenti təyin olunub. O əvvəllər "Neftçi"nin futbol komandasında idman direktoru vəzifəsində də çalışıb.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotn-nazirlr-n-d-mmurlar-hec-ksdn-ustun-deyilquot-t46841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR