Məşhur futbolçunun agenti qısqandı: "Gözəl rəfiqəsi olan başqasına gərək baxmaya"

Məşhur futbolçunun agenti qısqandı: "Gözəl rəfiqəsi olan başqasına gərək baxmaya"
18:12 16 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Robert Levandovski "Real"ın əsas transfer hədələrindən biridir. O, mövsümü "Bayern"də başa vurmağı istədiyini söyləsə də, madridlilər FİFA-nın yayda işə düşəcək transfer qadağasından öncə lazımi tədbirləri görməyə başlayıb. Goal.az xəbər verir ki, ispan mediası "Bavariya"nın direktoru Rummenige ilə Levandovskinin münasibətlərində soyuqluq yarandığını iddia edir. Klub rəsmisi bir neçə gün öncə "Napoli"nin hücumçusu Qonzalo Hiquaini tərifləmiş və: "O, "Bavariya"nın heyran olduğu fantastik futbolçudur", - deməklə Levandovskinin agentini qıcıqlandırmışdı. Agent Mayk Bartel isə "Gözəl rəfiqəsi olan başqasına gərək baxmaya" sözləri ilə Rummenigeyə cavab vermişdi. "As" nəşri ehtimal edir ki, Levandovskinin "Real"a keçidi Münhen klubunun Hiquaini transfer etmək fikrinə görə mümkündür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR