Abşeron rayonunda məktəblər arasında ədəbiyyat fənni üzrə olimpiadanın qalibi məlum olub

Abşeron rayonunda məktəblər arasında ədəbiyyat fənni üzrə olimpiadanın qalibi məlum olub
18:38 16 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 16 yanvar, AZƏRTAC 
Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində ədəbiyyat fənni üzrə məktəblər arasında keçirilən olimpiadaya yekun vurulub. Bilik yarışının finalında rayonun 38 ümumtəhsil məktəbindən 6 komanda iştirak edib.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC–a bildirilib ki, intellektual yarışda ədəbiyyatdan müxtəlif mövzuları əhatə edən 10 sual səsləndirilib. Hər sual isə 4 balla qiymətləndirilib. Maraqlı və gərgin mübaizə şəraitində keçən yarışda Xırdalan 2 saylı məktəbin “Qoşqar” komandası qalib olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Abseron_rayonunda_mektebler_arasinda_edebiyyat_fenni_uzre_olimpiadanin_qalibi_melum_olub-919129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR