İngiltərə Premyer Liqasında 22-ci tur davam edir.
Metbuat.az xəbər verir ki, turun mərkəzi matçı bu gün oynanılıb. "Liverpul" əzəli rəqibi "Mançester Yunayted"i qəbul edib.
İlk hissədə tablodakı rəqəmlər dəyişməyib. 78-ci dəqiqədə Ueyn Runi fərqlənərək "Mançester Yunayted"i hesabda önə keçirib. Qalan dəqiqələr ərzində hesabı dəyişmək mümkün olmayıb.
17 yanvar
İngiltərə Premyer Liqası
22-ci tur
"Liverpul" - "Mançester Yunayted" - 0:1
Qol: Runi, 78