Bakı, 18 yanvar, AZƏRTAC
Qanlı yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Bakı Uşaq Teatrında “Vətən” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Vətən” tamaşası dövlət himnimizə və bayrağımıza həsr edilib. İdeyası İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus olan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Bayrağımızın rəngləri, Azərbaycanın keçdiyi kəşməkəşli tarixi yol səhnə əsərinin əsas mövzusunu təşkil edib.
Tamaşada obrazları Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov canlandırıb.