ANS PRESS-in məlumatına görə, Runi İngilrərə çempionatında bir klubda ən çox qol vuran futbolçu olub.
Premyer Liqanın 22-ci turunda “Şrek” ləqəbli futbolçu “Liverpul”a qələbə topu vuraraq qol hesabını 176-ə çatdırıb.
"Liverpul" - "Mançester Yunayted" 0-1
Lakin “Arsenal”ın fransalı əfsanəsi Anri 258 oyuna 175 qol vurub. İngilis futbolçu isə 358 oyuna 176 qol vurub. Bundan əlavə Anri 4 dəfə İngiltərə çempionatın bombardiri olub. Runi bu vaxta qədər çempionatın ən yaxşı bombardir adına laiq görülməyib.

Tyeri Anri - sabiq futbolçu
“"Mançester Yunayted” İngiltərə çempionatında ötən gün səfərdə “Liverpul”a minimal hesab ilə qələbə qazanaraq aktivinə 3 xal əlavə edib.

İngiltərə çempionatının turnir cədvəli
“Qırmızı Şeytanlar” turnir cədvəlində 37 xalla 5-ci pillədədir.