Bakı, 18 yanvar, AZƏRTAC
TRT-nin Bakı təmsilçiliyi ənənəsinə sadiq qalaraq növbəti ildönümündə 20 Yanvar faciəsini TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.
TRT-nin Bakı təmsilçiliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər xiyabanından həyata keçirəcək.
Təmsilçilikdən AZƏRTAC-a bildirilib ki, canlı yayımda o gecənin şahidləri ilə yanaşı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cafersoy və TRT-nin Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.
“TRT Avaz” 20 Yanvar ümumxalq hüzn gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. 20 Yanvar hüzn gününə həsr olunmuş proqram, xəbər və canlı bağlantılar “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq.