"Oskar"ın ən yaşlı sahibəsi öldü

"Oskar"ın ən yaşlı sahibəsi öldü
19:05 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

"Oskar" kino mükafatının ən yaşlı sahibəsi, amerikalı aktrisa Luiza Rayner Londonda 104 yaşında vəfat edib.

Milli.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Raynerin ömrünə pnevmoniya son qoyub. Yanvarın 12-də aktrisanın 105 yaşı tamam olacaqdı.

Luiza Rayner iki "Oskar" alan ilk aktrisa idi. Həmçinin iki il dalbadal bu mükafata sahiblənən ilk aktrisa da o idi. O, 1936-cı ildə çəkilmiş "Böyük Ziqfeld" və bir il sonrakı "Mərhəmətli torpaq" filmlərinə görə Amerika Kino Akademiyasının mükafatına layiq bilinmişdi.

Raynerdən sonra "Oskar"ın ikinci yaşlı sahibəsi Oliviya de Hevillenddir. Bu ilin iyulunda onun 98 yaşı olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR