Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli vəzifəsindən azad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Z. Məhərrəmli öz ərizəsi ilə işdən çıxarılıb. Z. Məhərrəmli Ombudsman Aparatında başqa sahədə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Z. Məhərrəmli 2003-cü ilin aprelindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Milli.Az