2014-cü ilin avqustun 3-ü. "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın şimalındakı Sincar bölgəsinə hücum edir. Əsrlər boyu etnik müxtəlifliyi ilə fərqlənən Sincarın əhalisinin çoxu yezidilərdi.

Yezidiləri "İblisə sitayiş edən kafirlər" adlandıran İŞİD terrorçuları burada dinc sakinlərə divan tuturlar. 20 min yezidi qaçaraq canlarını qurtara bilsə də, 5 min nəfər amansızlıqla qətlə yetirilir, 5 min yezidi də köləyə çevrilir.

Həmin kölələrin tam əksəriyyəti yeniyetmə qızlar, uşaqlar, qadınlardı.

Cəhənnəmdən qaçan qızlar: "12 yaşlı qızı zorladılar, bizə divan tutdular" - Fotolar

İraqlı jurnalist Seyvan Səlim İŞİD köləliyindən qurtulmağa nail olmuş 15 qadınla görüşüb, onların başlarına gətirilənlər barədə qəmli, dəhşətli hekayətləri dinləyib.
S.Səlim İŞİD cəhənnəmindən qaçmağa nail olmuş bu qızların fotolarını da çəkib.

Qızlar gəlinlik paltarındadırlar. Sincarın Təlqəsab kəndində yaşamış 18 yaşlı Məysa danışır:

"Kəndli ailəsində doğulmuşam. Böyük tarlalarımız, bağlarımız vardı. Kəndin yarısı yezidilər, yarısı da müsəlmanlardı. Kəndimizdə bir oğlan vardı. Bir-birimizi sevirdik. Evlənməyi düşünürdük. İndisə onun sağ olub-olmadığını bilmirəm.

Səhər saat 3 olardı. Kəndə hücum başlandı. Bütün yezidi ailələr qaçmışdılar. Ancaq biz qalmışdıq. Biz də yük maşınına tərəf qaçdıq ki, kəndi tərk edək. Maşını atam dağa tərəf sürdü, amma İŞİD terrorçuları bizi saxladılar. Onlar müxtəlif ölkələrdəndilər. Deyəsən, Pakistandan, Səudiyyə Ərəbistanından, Misirdən, Pakistandan... Maşından düşməyimizi istədilər. Yol meyitlə dolu idi.

Cəhənnəmdən qaçan qızlar: "12 yaşlı qızı zorladılar, bizə divan tutdular" - Fotolar

Qızları və qadınları ayırdılar. Bizi ciplərə mindirib Bac şəhərinə apardılar. Anam məni buraxmaq istəmirdi, onun başına qundaqla vurub öldürdülər. Bizə isə dedilər: "Qorxmayın, sizə qarşı vuruşmuruq. Biz orduya qarşı vuruşuruq". Orada da yeniyetmə və gənc qızları başqalarından ayırdılar. Bizi Mosula apardılar.

Mosulda ikimərtəbəli evdə 400 qız vardı. Üç gündü ac idik, səhər saatlarında sadəcə, bir parç su verirdilər. Günorta saqqallı, əmmaməli şeyx gəldi. Bir əlində dəyənək, bir əlində də Quran. Dedi ki, islamı qəbul etməli, müsəlman olmalıyıq. Razı olmayanları döydülər. Mən də müsəlman olmaq istəmədiyim üçün əvvəl dəyənək, sonra kabellə döydülər, aparıb kiçik otağa atdılar, qapını da bağladılar.

Səhər saat 5 olardı. Yüzlərlə qızın başlarına çadra saldılar, avtobuslara mindirdilər. 12 saat yol gedəndən sonra mənzil başına çatdıq. Sən demə, bizi Suriyaya gətirmişdilər.
Orada həbsxanaya saldılar. Kameralarda çarpayı da olmadığından beton döşəməyə uzanıb yatdıq. Yemək vermirdilər. Ertəsi gün hərəyə bir tikə çörək, bir stəkan su verdilər. Üç gün sonra məscidə apardılar, həyətdə zəncirə bağladılar və gün altında axşamadək saxladılar. Sanki heyvandıq. Axşam saatlarında həyətə saqqallı İŞİD-çilər doluşdular. Şeyx dedi ki, biz və xristian qızlar satılırıq. Sən demə, kölələrdik.

İŞİD-çilər xristianları yox, yezidiləri seçirdilər. Məni qoca kişi satın aldı. Onun evində üç ay qaldım. Axşam mənə dedi ki, üzüklərimi, sırğalarımı, paltarlarımı çıxarıb atım. O, yezidi olduğumu, dinimi, dilimi unutmağımı istəyirdi. Mənə dedi ki, hərəmi olmalıyam. Rədd cavabı verəndə döydü. Onun evində qul kimi işləyirdim. Yalnız çörək və su verirdilər.

Qəsdən çimmirdim. Qoca sahib də buna görə hirslənirdi, döyürdü, çimməyimi istəyirdi. Amma anlayırdım ki, çimsəm, təmiz olsam, yatağa salacaq. Üç ay çimmədim, pis iy verirdim. Qaçmaq istəyirdim. Bir dəfə də qaçdım, amma tutub geri qaytardılar və vəhşicəsinə döydülər. Sahibim də məni zorladı, sonra yaxınlıqdakı evdə yaşayan İŞİD-çilərə satdı.

17 nəfərdilər. Məni növbə ilə zorlayırdılar, hər gecə biri ilə yatmağa vadar edirdilər. Axırda qonşuluqdakı kürd ailənin köməyi ilə qaça bildim".

"12 yaşlı qızı zorladılar, 3 yaşlı qıza əzab verdilər"

Sincarın Koco kəndində yaşamış 28 yaşlı Rüba 2014-cü ilin avqustun 15-də İŞİD-in əlinə keçib. O, 10 ay kölə olub. Rüba danışır

"Təlafarda iki ay saxladılar, sonra Suriyadakı Rəqqa şəhərinə apardılar. Orada böyük binada 300 yezidi qız, qadın, uşaq vardı. Hamı ac idi. Balaca uşaqlara gündə bir yumurta verirdilər. İlk gecədə 9 qız qaçmaq istədi. Onlar paltarlarını soyundular, büküb bir-birinə bağladılar və pəncərədən aşağı atıb endilər. Amma hamısını tutdular, vəhşicəsinə döydülər.

İki gün sonra 40 qızı ayırdılar və bizi böyük otağa saldılar. Həmin otaq "satış yeri" imiş. Məni və 3 yaşlı bacım qızını Səudiyyə Ərəbistanından olan 40 yaşlı kişiyə satdılar.

Cəhənnəmdən qaçan qızlar: "12 yaşlı qızı zorladılar, bizə divan tutdular" - Fotolar

Axşam yanına çağırdı. Masasının üstündə bıçaq, tapança və kəndir vardı. Dedi ki, onun kənizi olmağa razılıq verməsəm, masanın üstündəki üç nəsnədən birini seçib özümü öldürməliyəm. Dedim, üçünə də razıyam, amma onun kənizi olmaram. Yerindən durdu, yumruqla vurub məni yıxdı, təpiklədi. Sonra qollarımı bağladı, dəfələrlə zorladı. Ertəsi gün 3 yaşlı bacım qızını döydü.

Uşağın döyülməməsi üçün onun yatağına girdim. Məndən "bezəndə" isə sahibim məni başqa kişiyə satdı. Müsəlman olmağımı tələb edəndə söylədim ki, əgər elə olarsa, mənimlə nikaha girməlidir. Nikaha girərsə, arvadı sayılıram. Həmin kişinin iki arvadı vardı və onlar sözlərimi eşidəndə qışqırıq saldılar. Kişi məni döydü, sonra yenə təcavüz etdi.

Onun 12 yaşlı kənizi də vardı, Mosulda satın almışdı. Sahibim bu qızı xidmətçilərinə verdi və 4 kişi 12 yaşlı qızı zorladı. Bacımın 3 yaşlı qızının isə ağzına istiot doldurub zirzəmiyə atdılar..."

"Balamın harada olduğumu bilmirəm"

Sincarın Koco kəndindən olan 17 yaşlı Sihan 2014-cü ilin avqustun 15-də İŞİD-in əlinə keçib, 10 ay kölə olub:

"Məni dəfələrlə satdılar. Heyvan kimi... Onlarla "sahib" dəyişdim. Hamilə qaldım. Hamiləliyin 8-ci ayında olanda qaça bildim. Suriyanın şimalındakı kürdlər məni Türkiyəyə keçirdilər, orada doğdum, qızım oldu. İndi İraqın şimalındayam. Amma qızım Türkiyədə qaldı. Balamın harada olduğunu bilmirəm".

Cəhənnəmdən qaçan qızlar: "12 yaşlı qızı zorladılar, bizə divan tutdular" - Fotolar

"Vəhşilərlə yaşadım"

15 yaşlı Azhin İŞİD əsarətinə düşəndə 14 yaşı vardı. 11 ay kölə qalıb. Azhinin dediyinə görə, onu ilk əvvəl bacısı ilə satıblar. Alıcı 63 yaşlı kişi olub və onları Suriyanın Rəqqa şəhərinə aparıb:

"Orada 5 ay qaldıq. Səudiyyə Ərəbistanından olan həmin kişinin kənizləri idik. Bacımla məni tez-tez zorlayırdı. Sonra bacım qaçmaq istədi. "Sahib" onu güllələdi, məni də Tacikistandan olan kişiyə satdı.

Bu kişi məni zirzəmidə saxlayırdı. Ac, çirkli vəziyyətdə idim. Taciki döyüşlərdən birində öldürəndə onun arvadı məni başqa kişiyə satdı. Həmin adam da məni gündə 6 dəfə cinsi əlaqədə olmağa vadar edirdi. Hər dəfə də əl-ayağımı bağlayırdı. Ağlayanda da döyür, ac saxlayırdı".

Orxan Hun
Milli.Az