Azərbaycan ölkə iqtisadiyyatını 1 barel neftin 25-30 dollar qiyməti ətrafında quracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib: "Hazırda bu, manatın məzənnəsinin sabitləşməsi və makro-iqtisadi sabitlik baxımından əsas vəzifəmizdir. Manatın devalvasiyası "sərt eniş"dir. Bu, əhali və maliyyə-bank sektoru üçün rahat deyildi. Azərbaycanın beynəlxalq ehtiyatları 40 milyard dollara çatır və hətta ixracatçı ölkələrin heç də hamısının belə göstəricisi yoxdur".

Milli.Az