Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş qətliamdan artıq 26 il ötür. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur.
ANS PRESS-in məlumatına görə, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, onların ruhlarına dualar oxuyur, məzarları üzərinə al qərənfillər düzürlər.

Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)

Bu gün ölkə başçısı İlham Əliyev başda olmaqla, nazir və deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)

Qeyd edək ki, ziyarətçilərin rahat hərəkət edə bilməsi məqsədilə çıxış üçün əlavə yol da ayrılıb. İnsanların təhlükəsizliyini təmin etmək üçün Bakı polisi gücləndirilmiş iş rejimində çalışır. “20 Yanvar” faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb.

Müstəqillik uğrunda canlarından keçənlər təkcə Şəhidlərə gəlməklə deyil, eyni zamanda, bir neçə gündür paytaxın bir sıra məktəb və universitetlərində, o cümlədən, Azərbaycan Dillər Universitetində anılıb. Anım mərasimi ADU-nun tələbəsi, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin universitetin foyesində yaradılan açıq muzeyinin qarşısında keçirilib.
Tədbir Azərbaycanın milli müstəqilliyi uğrunda azadlıq hərəkatına qalxan, vətənpərvərlik hissinin zirvəsini fəth etmiş, qəhrəmanlığı, şücaəti, mübarizliyi ilə bütün dünyaya örnək olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
ADU-da keçirilən tədbir

Sovet imperiyasının gördüyü hər şeyi məhv etməyə proqramlaşdırılmış vəhşi diviziyanı dinc sakinlərin üzərinə yeritdiyini söyləyən ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov 20 yanvar hadisəsi haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

"Şəhərdə fövqəladə vəziyyət elan edildiyi halda xalqın bundan xəbər tutmasını əngəlləmək üçün televiziya blokunu partlatmışdılar. Bütün bunlar planlı şəkildə həyata keçirilib və xalqımızın azadlıq səsini beşiyində boğmaq məqsədi daşıyıb. Bu qanlı hadisə dünyanın nüfuzlu mətbu orqanlarından olan - “Guardian”, “The Times”, “New York Times” və.s qəzetlərdə dərc edilib, bununla da Azərbaycan xalqının mətinliyini, mübarizliyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb", - deyə Dünyamin Yunusov əlavə edib.

Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
Dünyamin Yunusov - ADU-nun rektoru vəzifəsini icra edən professor


Çıxışının sonunda D.Yunusov Ülvi Bünyadzadənin timsalında qanlı olay nəticəsində həyatını itirən bütün şəhidlərimizə rəhmət diləyib.

Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə hadisəni bədii metaforalarla izah edərək müstəqilliyi ağac, bugunkü gəncləri ağacın meyvəsi adlandırdı, həmin ağacın isə şəhidlərin qanı ilə suvarıldığını deyib. O, müstəqilliyi qorumaq kimi şərəfli peşənin gənc nəslin üzərinə düşdüyünü söyləyib. Tədbirin təşkil olunmasına görə ADU rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda ADU TGT-nın “Yazarlar” klubunun sədri Kamran Abbaszadənin “20 Yanvar” və Nəimi Nəbiyevin müəllifi olduğu “Ülvi” seirləri Afət Kazımova və Səltənət Quliyeva tərəfindən, həmçinin Aysu Kərimovanın ifasında “Ana millət, ata millət, ağlama” şeiri səsləndirilib. Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbin IV sinif şagirdi Həbib Kərimov isə Ülvi Bünyadzadənin müəllifi olduğu şeiri söyləyib.

Azərbaycan 20 Yanvar qurbanlarını anır - Sükut dəqiqəsi (FOTO)
IV sinif şagirdi Həbib Kərimov