Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən bütün hadisələri gözlərimlə görmüşəm. Həmin günləri hələ də yaddan çıxara bilmirəm.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gəlmiş Bakı sakini Nəriman Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.
Nəriman Əliyev qeyd edib ki, bu qanlı hadisədə yüzlərlə insan şəhid olub, ailələr başsız qalıb: “Gənclərimiz, yeni nəsil bilməlidirlər ki, azadlığımız, müstəqilliyimiz hansı itkilər bahasına əldə olunub. Onlar Vətənin, xalqın tarixi keçmişi ilə fəxr etməlidirlər. Bu gün uşaqdan böyüyə hamı Şəhidlər xiyabanını ziyarətə gəlir, şəhidlərin ruhuna dualar oxuyur, Allahdan onlara rəhmət diləyirlər. Nə qədər ki yaşayıram hər il Şəhidlər xiyabanını ziyarət edəcəyəm. Allah onlara rəhmət eləsin”.