Bakı, 21 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov yanvarın 29-da saat 11:00-da Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində Saatlı, Sabirabad, Hacıqabul və Şirvan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri Vidadi küçəsi 3, əlaqə telefonları: 021-23-5-69-25, 050-437-81-66, 055-443-58-86) xahiş olunur.