"Məni buraxsın 300 nəfər xanımın arasına..."
Müğənni Vüqar Muradov Alternativ TV-də (Region TV) yayımlanan "Şou-məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Sevilən ifaçı bu il həyatında dəyişiklik edəcəyini, ailə quracağını bilidirib: "2016-cı il həyatımda ən unudulmaz il olacaq. Şəxsi həyatımda dəyişiklik edəcəyəm. Təkliyə son qoymaq niyyətindəyəm. Hər biri kişi kimi mən də ailə başçısı olmaq istəyirəm. Bu, mənim ən böyük arzumdur".
Müğənni toy vaxtını da açıqlayıb: "Ailə ilə bağlı məsələlərin çox göz önündə olması yaxşı deyil. Toyu aprel ayı üçün düşünürdük. Bizim toyumuzun vaxtına qohumlar toy salıblar. Onu dəqiqləşdirmək qalıb. Fevralda nişanım olacaq. Həyatımda ən böyük arzum gözəl ailəmin olmasıdır. Sənət mənim üçün ikinci yerdədir".
Sənətçi son ifa etdiyi "Evlənək" mahnısını ailə quracağı şəxsə həsr etdiyini söyləyib: "O mahnı piar üçün yazılmayıb, sırf ona həsr olunub. Təbii ki, tamaşaçıların da qulaq asması üçün nəzərdə tutulub".
Müğənni xanım sənətçilərlə səmimi münasibətlərinin ailədə problem yaratmadığını deyib: "Xanım müğənniləri ancaq əlindən öpürəm, bacardığım qədər. Əgər o, məni öpərsə, başqa məsələ. Mən heç vaxt xanım müğənniyə üzümü uzatmıram. İki şəxs arasında qarşılıqlı inam, etibar olmalıdır. O olandan sonra, istəyir, məni buraxsın 300 nəfər xanımın arasına, mən oradan yenə ona sadiq, vəfalı olaraq çıxacağam. Qısqanclıq dünyanın ən gözəl hisslərindəndir".
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az
