Azərbaycanın Əməkdar artisti Nüşabə Ələsgərlinin ailəsinə ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Nüşabə Ələsgərlinin bacısı dünyasını dəyişib. Əməkdar artist mərhum bacısının şəklini "İnstaqram"da paylaşıb. O, fotonu "gözəl bacım, əlvida! Anamıza, atamıza salam de” sözləri ilə yerləşdirib.

Əməkdar artistə sənət dostları sosial şəbəkə vasitəsilə başsağlığı veriblər.

Əməkdar artistin əvvəl anası, sonra bacısı öldü (FOTO)
Nüşabə Ələsgərlinin "instagram" səhifəsi

Müğənninin bacısı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nüşabə Ələsgərli bir müddət əvvəl özü bu barədə deyib:

“Mənim bacım xərçəng xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yardım, sığorta yoxdur. Diabet, böyrəkçatışmazlığı və bir çox ağır xəstəliklər üçün dövlət yardım ayırıb. İstərdim ki, onkoloji xəstələrə yardım edilsin. Onların ümidi Allaha qalıb. Bu xəstəlikdən əziyyət çəkənlərin ölümə məhkum olduqları məlumdur. Onları az da olsa, yaşatmaq, sağalma ehtimallarını dəyərləndirmək lazımdır”.

Əməkdar artistin əvvəl anası, sonra bacısı öldü (FOTO)
Əməkdar artistin bacısı və anası

Əlavə edək ki, ötən il əməkdar artist anası Solmaz xanım dünyasını dəyişib. Əməkdar artist mərhum anasının şəkilini "İnstaqram"da paylaşaraq "Dünyam əlimdən gedir" yazıb.

Müğənnilik fəaliyyəti ilə məşğul olan Nüşabə Ələsgərli Konservatoriyanın xor dirijorluğu fakültəsini bitirib. Aktrisa kimi bir neçə filmdə çəkilib. İki övladı var.