Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında iqtidar-müxalifət dialoqu keçirildi. Dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak etdilər.

Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak etdilər.

Özlərini Azərbaycanda siyasi azadlıqların "son dayaq nöqtəsi" sayan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat dialoqda iştirak etmədilər. Bir neçə gün öncə Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı demişdi ki, dialoqda iştirak məsələsi partiyada müzakirə olunduqdan sonra yekun qərar veriləcək. Amma qərar nədənsə gecikdi. Görüş baş tutsa da, AXCP-Müsavat cütlüyü yenə də "off-sayd"da qaldı.

Bəhanələr nə qədər rəngarəng olsa da, hər iki partiyanın bu görüşlərə gəlməməsinin səbəbləri gün kimi aydındır. Dağılmaq ərəfəsində olan, ciddi daxili çəkişmələrin məngənəsində sıxılan müsavatçılar dialoq hayında deyillər. İndi Müsavata dialoqdan çox, itirilmiş tərəfdarları yenidən geri toplamaq vacibdir.

Saxta başqan seçkilərindən sonra partiyada yaranmış ikitirəlik də bu məsələyə təsirsiz ötüşməyib...

Azər
Milli.Az