Bakı, 22 yanvar, AZƏRTAC
Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan “Yüngül əxlaqlı baba”, “Tənzimlənmə oyunu” və “Coy” filmlərinin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Den Mazerin ekranlaşdırdığı “Yüngül əxlaqlı baba” filmi komediya janrındadır. Baş rollarda Robert De Niro və Zak Efron çəkilib.
Rejissor Adam MakKeyin çəkdiyi “Tənzimlənmə oyunu” filmi bioqrafik dram janrındadır. Rollarda Kristian Beyl, Stiv Karell, Rayan Qoslinq, Bred Pitt, Mellisa Leo, Xamiş Linkleyter, Com Maqaro, Reyf Spoll,Ceremi Stronq, Marisa Tomey və başqaları oynayıb.
Devid.O.Rassellin ssenari müəllifi və rejissoru olduğu “Coy” filmi dramatik komediya janrındadır. Baş rollarda Cenifer Lourens, Robert De Niro və Bredli Kuper çəkiliblər.