Bakı, 25 yanvar, AZƏRTAC
İsveçdə “Eurovision-2016” mahnı yarışmasının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda iştirak edəcək ölkələrin adları məlum olub. Belə ki, birinci yarımfinalda Azərbaycan, Rusiya, Ermənistan, ikinci yarımfinalda isə Gürcüstan, Belarus, Polşa və digər ölkələrin təmsilçiləri çıxış edəcək.
Qeyd edək ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən təmsil olunur. 2011-ci ildə Azərbaycanı müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.