ANS PRESS-in məlumatına görə, futbolçunun həyat yoldaşı Kolin Runi ötən gün oğlan uşağı dünyaya gətirib. Uşağın adını Cozef qoyublar Futbolçunun özü bu barədə “Twitter”də yazıb:
“Bu gün mənin Cozef Runi adlı oğlum dünyaya gəlib. Biz sevincimizdən göyün yeddinci qatındayıq”.
“Şrek” ləgəbli futbolçunun oğlu Liverpul şəhərinin doğum evində anadan olub. O, "İnstaqram" səhifəsində yeni doğulmuş Cozefin şəklini paylaşıb.

Cozef Runi - yeni doğulan körpə
Cütlükün 6 yaşlı Kaya və 2 yaşlı Kley adda oğlu var.

Ueyn Runi və onun həyat yoldaşı Kolin Runi

Kolin Runi - Ueyn Runinin həyat yoldaşı
Ehtimal olunur ki, “Şrek” növbəti qolunu yeni doğulmuş Cozefə həsr edəcək. "Mançester Yunayted"in növbəti oyunu İngiltərə kubokunda olacaq. "Qırmızı Şeytanlar" səfərdə "Derbi Kounti" ilə qarşılaşacaq.