A+
A–

Bakı, 28 yanvar, AZƏRTAC
“Zirə” klubu qış transfer pəncərəsinin son günlərində heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Qarabağ”dan ayrılan Elvin Məmmədov karyerasını “Zirə”də davam etdirəcək. Yığma komandamızın da formasını geyən yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Elvin Məmmədov “Qarabağ”dan başqa Tovuzun “Turan” klubu ilə yanaşı, paytaxt təmsilçiləri “İnter” və “Bakı”da da çıxış edib.