Şəkidə kişini tok vurub öldürdü

Şəkidə kişini tok vurub öldürdü
02:14 31 Dekabr 2014
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Azər Abdulla oğlu Mahmudov dekabr ayının 30-u axşam saatlarında elektrik cərəyanı vurması nəticəsində şok vəziyyətdə  xəstəxanaya daxil olub. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 30 yaşlı Azər Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Azər Mahmudov xəstəxananın reanimasiya şöbəsində ölüb.

 

Məlumatda bildirilir ki, yaşadığı evin çardağında elektrik naqillərini təmir edən Azər Mahmudovu  elektrik cərəyanı vurub.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR