A+
A–

Bakı, 1 fevral, AZƏRTAC
"Bank of Baku" Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkil etdiyi "AMFA Mükafatlandırma Proqramı – 2016" çərçivəsində keçirilən müsabiqədə "Müştərilərinə Rəqəmsal Maliyyə Xidmətləri təklif edən Qabaqcıl Təşkilat" nominasiyası üzrə mükafata layiq görülüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma mərasimi yerli və beynəlxalq maliyyə qurumlarının iştirakı ilə keçirilən tədbirdə təşkil olunub.
Azərbaycanın bank sektorunun müxtəlif sahələrində bir çox yeniliklərə imza atmaqla yanaşı, hazırda geniş tətbiq olunan rəqəmsal maliyyə xidmətlərinin böyük əksəriyyətini ilk dəfə müştərilərə "Bank of Baku" təqdim edib. Bunlara internet-bankçılıq, sms-bankçılıq, cash-in ödəniş terminalları, elektron arayış xidməti, sms-kredit, 3D secure, həmçinin onlayn kredit, plastik kart sifarişi, müxtəlif ödənişlərin həyata keçirilməsi və digər xidmətlər aiddir.
"Bank of Baku" "Rəqəmsal Maliyyə Xidmətləri təklif edən ən Qabaqcıl Təşkilat" nominasiyasının qalibi olub