Lamiyə Quliyevaya ikinci dəfə cinayət işi açılanda Vüqar Əliyevin kamerasına bıçaq atılıb. Bunu Lent.az-a açıqlamasında Vüqar Əliyevin hüquqlarını müdafiə vəkil Adəm Məmmədov deyib: "Lamiyə Quliyeva cinayət işi açılanda Vüqarın qaldığı kameraya böyük bıçaq atıblar. Həmin vaxt məqsəd Vüqara yeni cinayət işi açılması olub. Lakin həmin müəssisənin islah işləri üzrə müavini polkovnik Adil Qaytanov cinayət işinin açılmasına imkan verməyib. O, artıq rəhmətə gedib. Vüqarla danışanda hər zaman Adil Qaytanova rəhmət oxuyur".