A–
Moskva, 5 fevral, AZƏRTAC
Yakutiya Dövlət Estrada Teatrında “Arşın mal alan” operettasının premyerası hazırlanır.
Rusiya KİV-lərinin yazdığına görə, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operettasını yakut dilinə nəğməkar şair Viktor Xon Omuk Uola tərcümə edib. Tamaşanın rejissoru, Saxa Respublikasının Əməkdar Artisti Vladlena Burnaşovadır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva