Dəyişim kampaniyası yaxın günlərdə başlayacaq. Kampaniya çərcivəsində xarab olan "iPhone"ları geri gətirənə pul veriləcək və yeni "iPhone" modelləri almağa təşviq ediləcək.
"Apple" xüsusilə ekranı sınmış və xəsarət alan telefonları geri almağı planlaşdırır.

Ekranı sınmış "iPhone"
İndi şirkət istifadəçilərin bu kampaniyadan yararlanmasına marağı artırmaq üçün qiymətləndirmə işləri aparır. "iPhone 5S"lər üçün 50 dollar, "iPhone 6" və "iPhone Plus" üçün 200 dollar kredit verəcək. Lakin bu qiymət cihazın bəzi xüsusiyyətlərinə görə dəyişəcək.
Təklif "iPhone 5S"dən aşağı modelləri əhatə etməyəcək. Bundan başqa şirkətin son modellərindən olan "iPhone 6S" və "iPhone 6S Plus" da kampaniyaya daxil olmayacaq.

"iPhone 6S Plus"
Bu yaxınlarda "Apple" istifadəçilərini yeni modellə sevindirmyə hazırlaşır. “iPhone7”nin senytabr ayından təqdim edilməsi gözlənilsə də, hələ bu baş tutmayıb.
Telefon hələ təqdim edilməsə də etirazlara səbəb olub. Qulaqlıq girişi yerinə “Lightning”in istifadə olunacağı deyilsə də tam olaraq qərar verilməyib. Beləliklə, etiraz edənlər şirkti müştərilərini aldatmaqda ittiham edir.
Xatırladaq ki, "Apple" "iPhone 6" və "iPhone 6 Plus"u 2014-cü ilin 9 sentyabr tarixində təqdim etmişdi. Amma qurğuların satışı ABŞ-da, Avstraliyada, Böyük Britaniyada, Almaniyada, Honkonqda, Kanadada, Puerto-Rikoda, Sinqapurda, Fransada və Yaponiyada 19 sentyabrda başlamışdı. Bazara çıxarılan mobil qurğular ilk üç gün ərzində 10 milyondan çox satılmışdı.