A–
Praqa, 6 fevral, AZƏRTAC
Çexiyada görünməmiş qalmaqal qızışmaqdadır. Çexiyaya gələndən sonra üç gün ərzində tibbi müayinədən keçməli olan iraqlı xristian qaçqınların Yiqlavada müraciət etdikləri 15 həkimin hamısı onları müayinə etməkdən boyun qaçırıb. Bu məsələ “İslam dövləti”ndən qaçan bu miqrantların ilk qrupu Vısoçinaya köçəndən iki həftə sonra üzə çıxıb. Onlar yanvarın 24-dən Yiqlava şəhərindəki “Okrouhlik” istirahət bazasında yaşayırlar.
“Pokoleniya 21” Xeyriyyə Fondunun köməyi ilə Çexiyaya köçən 17 yeddi iraqlı xristian qaçqından, o cümlədən 9 uşaqdan ibarət ikinci qrup Yiqlavaya fevralın 5-də gəlib. Yeni gələn miqrantları Yiqlava həkimləri müayinə etməyəcək. Onlarla Moraviyanın Trjeşt şəhərindən olan həkim məşğul olacaq. Həkimi xristian qaçqınların dərdinə şərik olan trşebiçli keşiş tapıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa