[ 14 Fevral 2015 00:52 ]
Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmasına əməl olunmadığı təqdirdə Avropa Şurasının fövqəladə iclasının çağırılmasını tələb edəcəyini bildirib.
APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında bildirilir.
“Əgər fevralın 15-inə keçən gecə ikitərəfli qaydada atəşkəs olmasa, Avropa Şurasının fövqəladə iclasını çağıracayıq. Ona görə ki, Anqela Merkel və Fransua Olland danışıqlarda tək Almaniya və Fransa deyil, rəsmi olaraq Avropa İttifaqını təmsil ediblər”, məlumatda belə deyilir.