"Report"un məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdqn məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Məhərrəmova R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl ayıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmağa cəhd) maddəsi ilə ittiham olunub.