“Zamiqi sevmirlər, çünki paxıllıq edirlər. Zamiq sənətə gəldiyi gündən işi ilə məşğuldur və zövqlü geyinir. Başqaları da özünü ona bənzədir”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov deyib. “Stop” verilişinin qonağı olan sənətçi öz ünvanına təriflər yağdırıb:
“Öz yaşıdlarım arasında, ümumiyyətlə Azərbaycan sənət aləmində zövqlü geyinən və səviyyəli mahnı oxuyan müğənniyəm. Bu günə qədər bu sözləri deməmişəm. Məni tərifləyən olanda, üstündən keçmişəm. Amma görmüşəm ki, belə edəndə adamı vururlar. Harda səsim eşidilirsə, üzümü görmədən deyirlər, oxuyan Zamiqdir. Hətta deyirlər ki, fılankəs Zamiq kimi geyinir. Bunlar məni xoşbəxt edir”.
Z.Hüseynov ilk klipi olan “Uçduq”dakı açıq-saçıq səhnələrdən bəhs edib:
“O vaxt bu səhnələr pis qarşılana bilərdi. Bunu elə düzüb-qoşduq ki, qəbul edilsin. Onu qısa film kimi təqdim etdik. Qorxurdum, amma yaxşı qarşılandı. O vaxtlar yaşım az idi, fikirlərim indiki kimi deyildi. Klipdəki qız xoşuma gəlirdi. Onu Moskvadan gətirmişdik. Özü də tapşırmışdılar ki, qızın sevgilisi var, çox açıq-saçıqlıq olmasın. Hətta Elşad Xose zəng etdi ki, “O, mənim dostumun qızıdır. Ona mədəni davranın, diqqətli olun”.
İfaçı haqqında çıxan dedi-qodulardan danışıb:
“Deyirdilər ki, “Zamiq narkomandır”. Amma Zamiq heç içki də içmir. Çox nadir hallarda içki içirəm. Mənə o qədər pis təsir etmişdi ki... Zamiq çox yaxşı kişinin övladıdır. Gələcəkdə mənim də övladlarım deyəcək ki, “Yaxşı kişinin oğluyam”.
Z.Hüseynov müğənni İradə İbrahimovaya bir vaxtlar evlilik təklif etməsi ilə bağlı şayiələrə son qoyub. Sənətçi ailə qurmaq planlarını da açıqlayıb:
“Yalandır, elə şey olmayıb. Yaxın gələcəkdə ailə quracam. Xoşuma gələn insan var. İnşallah xasiyyətimiz də uyğun gələr”.
"Klipimdəki o qızdan xoşum gəlirdi" - Zamiqdən etiraf "YAXINDA AİLƏ QURACAM"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tünzalə Ağayeva yeni layihəsinin anonsunu paylaşdı - VİDEO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
08:28
“Trabzonspor”un yeni məşqçisi açıqlandı
Bu gün
·
08:25
Sərdar Cəlaloğlu Mehdiyevlə bağlı dindirilib?
Bu gün
·
08:20
Mənzurə Musayevanın qardaşına vəzifə verildi - FOTO
Bu gün
·
08:04
Messinin vida matçı bu oyun olacaq
Bu gün
·
07:52
Ən ürəyiyumşaq 4 bürc
Bu gün
·
07:38
Qadın 2 metrlik nəhəng balıq tutdu
Bu gün
·
07:25
Hikmət Hacıyev Səid bin Mübarək Əl-Hacəri ilə görüşdü
Bu gün
·
01:29
Bu bürclər üçün dəyişikliklər başlayır
Bu gün
·
01:15
Brent neftinin qiyməti 109 dolları ötdü
Bu gün
·
00:28
150 min ağac əkdilər - 20 il sonra möcüzə baş verdi
Dünən
·
23:47
Prezidentin sosial şəbəkə hesablarında paylaşım edildi - VİDEO
Dünən
·
23:20
İlon Mask gələcəyin ən böyük təhlükəsini açıqladı
Dünən
·
23:12
Bu şəxslərə AFFA-da vəzifə verildi
Dünən
·
23:04
Arda Güler hakimə söydü
Dünən
·
22:50