Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlir.
Axşam.az yerli məşhurların bahalı avtomobillərini təqdim edir:
Xalq artisti Aygün Kazımova “Mercedes-Benz GL” markalı maşın sürür. Müğənni bu avtomobilin ona hədiyyə edildiyini deyib.
Müğənni Xəyyam Nisanov ötən ilin yayında özünə göy rəngli “Bentley” markalı avtomobil alıb.

İş xanımı Ruhi Əliyevanın da qara rəngli “Bentley” markalı avtomobili var. 
Müğənni Nadir Qafarzadə iki il bundan əvvəl “Maserati” alıb. Sənətçi bu maşınını hər gün sürə bilmədiyini deyib. Belə ki, N.Qafarzadə “Lexus” markalı avtomobilini idarə edir, özəl tədbirlərə isə “Maserati”si ilə gedir.
Müğənni Xatirə İslamın iki avtomobili var. Onlardan biri “Porsche”dir. Bu yaxınlarda isə sənətçi “Lexus” markalı avtomobillə görüntülənib. 
Aşıq Əli bu yaxınlarda özü üçün xüsusi avtomobil hazırlatdırıb. O, maşının içərisində hər bir şərait qurdurub. “Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi... Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim” deyə aşıq bildirib. 
Əməkdar artist Röya Ayxanın da bir neçə avtomobili var. Onlardan biri də "Cadillac Escalade"dir. Avtomobilin orta qiyməti 120 min dollardır. Sənətçi daha sonra “Volkswagen” markalı maşın almış, “Bunu uzaq yola çıxarkən istifadə etmək üçün almışam” açıqlamasını vermişdi. Ötən yay isə sənətçi yeni aldığı “Jeep” markalı sarı rəngli maşınının şəklini İnstaqramında paylaşmışdı.
Prodüser Tolikin “Porsche Panamera” markalı avtomobili var. O, maşınını 90 min dollara aldığını bildirmişdi.
Əməkdar artist Ədalət Şükürovun “Lotus” markalı idman stilli maşını var.
Əməkdar artist Cavanşir Məmmədovun üç maşını var. Avtomobil həvəskarı olan müğənninin bütün avtomobillərinin nömrə nişanın sonu “100”dür. C.Məmmədovun kolleksiyasında 1966-cı illərə məxsus “Chrysler”, “Rolls Royce” və "Cadillac Escalade" var.
Müğənni Rüfət Axundov da avtomobil həvəskarıdır. Müğənni maşınlarını tez-tez dəyşir. O, bu günə kimi “Lexus”, “Bentley”, “Gelenvagen” kimi maşınlar alıb. Sənətçinin maşınının nömrə nişanı “90 DC 009”dur.
Yerli məşhurların bahalı avtomobilləri – fotolar+siyahı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Qızıma deyirəm ki, döz” - Əməkdar artisdən qadınlara məsləhət
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
300 evi, idman kompleksi, 12 mağazası var
Dünən
·
12:20
Məşhur klipdəki xanım illər sonra üzə çıxdı - FOTO
28 Oktyabr 2026
·
18:20
Bankın verdiyi puldan imtina etdi, ehtiyac sahiblərinə payladı
27 Oktyabr 2026
·
20:42
"Qaçaqaçdayam, nəvələrimi yolüstü görürəm" - Əməkdar artist
27 Oktyabr 2026
·
18:59
Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov və İrakli Kobaxidze görüşüb
Bu gün
·
10:40
Bakıda 4 marşrutun dayanacağı dəyişdirilir
Bu gün
·
10:25
Bakıda hotelin fəaliyyəti dayandırıldı - FOTO
Bu gün
·
10:04
FIFA U-15-in qalibi bu gün bəlli olacaq
Bu gün
·
09:50
Azərbaycanda bəzi ərazilərdə intensiv yağış yağır - FAKTİKİ HAVA
Bu gün
·
09:43
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - QİYMƏT
Bu gün
·
09:38
Ombudsman vəzifəsinə namizədlər bəlli oldu - ADLAR
Bu gün
·
09:33
Premyer Liqasında X tura start veriləcək
Bu gün
·
09:26
Dollar dəyişmədi, avro bahalaşdı
Bu gün
·
09:14
Paytaxtda 31 yaşlı kişi bıçaqlandı
Bu gün
·
08:53
Bu yollarda nəqliyyatın sıxlığı müşahidə olunur
Bu gün
·
08:23
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı
Bu gün
·
08:05
İlon Maskın “Odisseya”sı tənqidlərə tuş gəldi
Bu gün
·
07:16
Melaniya Tramp Ukraynaya yardım edəcək?
Bu gün
·
02:10
Süni intellektdən məsləhət aldı, həyatını itirdi
Bu gün
·
02:03