A+
A–

Bakı, 10 fevral, AZƏRTAC
FİFA prezidentliyinə fevralın 26-da keçiriləcək seçkilər yaxınlaşdıqca, namizədlər arasında maraqlı bəyanatlar da artmaqdadır.
AZƏRTAC xəbər verir ki, prezidentliyə namizəd, Asiya Futbol Konfederasiyasının rəhbəri şeyx Salman bin İbrahim al-Xəlifə ali futbol qurumundakı qalmaqalları təşkilata qarşı düşünülmüş hücum kimi qiymətləndirib.
“Çatışmazlıq hər yerdə mövcuddur. Lakin məsələ ondan ibarətdir ki, KİV qurum daxili məlumatları ictimaiyyətə olduğu kimi çatdırmır. Dünyada cərəyan edən münaqişələr göz qabağındadır. Məni daha çox narahat edən prosesə həddindən artıq siyasi don geyindirilməsidir. Biz hər bir nəticəyə hazır olmalıyıq. Hesab edirəm ki, seçkini sakit şəraitdə keçirib FİFA tarixində yeni prezidenti müəyyən edəcəyik”, - deyə Bəhreyn şeyxi bildirib.