A+
A–

Bakı, 12 fevral, AZƏRTAC
SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 890 metr olan 25 nömrəli quyuda qazma işlərinə başlayır.
SOCAR-AQŞ-dən AZƏRTAC-a bildirilib ki, quyunun qırməki dəstə-3 horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlayır