Bakı, 15 fevral, AzərTAc
ABŞ-ın şimal-şərqində güclü qar fırtınası səbəbindən 500 aviareys ləğv olunub. Kommunal işçiləri onları gözləyən ağır işə hazırlıq görürlər.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Bostona 35 santimetrədək qar düşəcəyi gözlənilir. Fevralın 15-də şəhərdə ictimai nəqliyyat işləməyəcək.
Bundan başqa, ola bilsin ki, fevralın 15-i Nyu-Yorkda son 20 ilin ən soyuq günü olsun.