Əməkdar artist, peşəkar qarmon ifaçısı Gülbahar Şükürlü ağır xəstəliyə tutulması xəbərinə ilk dəfə münasibət bildirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Gülbahar Şükürlü "ATV magazin onlarla" verilişində xoşagəlməz xəbərin yayılmasında jurnalisti günahlandırıb:

"Özümü yaxşı hiss etmirdim. Jurnalistlərdən biri mənə zəng vurdu ki, Gülbahar xanım, sizdən müsahibə almaq istəyirəm. Adı yadımda deyil. Dedim ki, özümü yaxşı hiss etmirəm. Öskürdüm telefonda. Telefonu elə yerə qoydum üstündən 5-10 dəqiqə keçəndən sonra gördüm ki, telefonlarım susmur. Həyat yoldaşımın mobil telefonu susmaq bilmirdi. Hazırda səhhətim də yaxşıdır, kefim də. Amerikaya səfərə hazırlaşıram. Amerikaya toya dəvət almışam".

Milli.Az