Azərbaycanda səyahət həvəskarları üçün Travelx adlı yeni platforma yaradılır.
Travelx iştirakçılara məşhur səyahətçilərlə tanış olmaq, onların səyahət zamanı qarşılaşdıqları maraqlı hekayələri dinləmək və onların səyahət təcrübələrindən yararlanmaq şəraiti yaradan tədbirdir. Tədbir mütəmadi olaraq keçiriləcək və onların hər biri müəyyən mövzunu əhatə edəcəkdir.
"Travelx: Nepaldan Papuaya" adlanan ilk tədbir 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn mehmanxanasında keçiriləcəkdir. Spikerlər Cənubi və Cənub-Şərqi Asiya regionunda yaşadıqları macəraları iştirakçılarla bölüşəcəklər.
Tədbirin spikerləri arasına Everesti fəth etmiş və "Seven Summits"i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlu, ADA Universitetinin köməkçi professoru, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalında baş redaktor, Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində başına maraqlı hadisələr gəlmiş jurnalist Vyaçeslav Sapunov, uzun müddət Cənub-Şərqi Asiyada, xüsusən də Balidə yaşamış aktiv səyahətçi Nərgiz Səfərova və dünyanın 47 ölkəsində olmuş, tədbirimizdə Kamboca, Laos və regionun digər ölkələrində başına gəlmiş macəraları sizinlə bölüşəcək səyahətçi Türyan Məmmədov daxildir.
Travelx layihəsinin əsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsinə maraqlı səfərlərin təşkil olunmasının stimullaşdırılmasıdır.
Vizam.az tərəfindən təşkil olunan tədbir, baş sponsor qismində AtaTravel tərəfindən dəstəklənir.
Travelx tədbirinin informasiya tərəfdaşları: Trend.az, Day.az, Milli.az, Azernews, 107.7 Auto.fm. Tədbirin Gənclik Tərəfdaşı isə AIESEC Azerbaijan qeyri-hökumət təşkilatıdır.
Biletlər və tədbir haqqında daha ətraflı məlumatı travelx@vizam.az e-mail-i və tədbirin aşağıdakı facebook linki vasitəsilə əldə edə bilərsiniz: https://www.facebook.com/events/174431592916656/
Biletləri eyni zamanda www.travelx.az veb səhifəsindən onlayn ödəniş edərək əldə edə bilərsiniz.