"Manchester United"in kapitanı Ueyn Runi Premyer Liqanın 26-cı turunda "Sunderland"ə yenilgini (2:1) şərh edib. Goal.az xəbər verir ki, yaxşı oyun keçirmədiklərini qeyd edən futbolçu komandanın növbəti mövsüm üçün Avrokubok planlarından danışıb.
"Yaxşı oynamadıq. Aqressiv deyildik. Qayıdan topları ələ keçirməkdə çətinlik çəkirdik. Yaxşı müdafiə olunmadıq, az təhlükəli vəziyyət yaratdıq. Üç xal itirmək nə qədər kədərli olsa da, irəli baxmağa çalışırıq".
"Bundan sonra nə olacağını bilmirəm. Amma ilk dördlüyə düşmək çətin olacaq. Bəlkə də, Avropa Liqası bizim üçün Çempionlar Liqasına çıxmaq üçün vasitədir. Avroliqada olmaq istəmirdik. Amma bu turnirdə qalib gəlmək lazımdır".
Milli.Az