Bir müddət əvvəl anasını və bacısını itirən əməkdar artist Nüşabə Ələsgərli üsyan edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bacısının uzun müddət xəstə olduğunu bildirib:
"Bu boyda dünyaya bacım və anam darlıq etdi. Nə olaydı, ay Allah, il yarım idi, bacım xəstəydi. Onu aparacaqdınsa, sağlam anamı niyə əlimdən aldın? Əgər anam gedəcəkdisə, heç olmasa yazıq bacıma bu qədər müalicədən sonra möhlət verəydin. Nə bilim... Bizə bu acıları birdən-birə niyə yaşatdın, Allahım?"
Milli.Az