Populyar amerikalı reper, ABŞ-ın realiti-şou ulduzu olan və pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyanın əri Kanye Uest "The Life Of Pablo" adlı yeni albomu satışa çıxandan sonra absurd açıqlamaları sıralamağa başlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Twitter-dəki mikrobloqunda o, albomundakı yeni kompozisiyaların heç bir zaman Apple-in musiqi servisi Apple Music-də (iTunes) peyda olmayacağını vurğulayıb.
Kanye Uest bütün pərəstişkarlarını yeni onlayn musiqi servisi Tidal-a keçməyə çağırıb.
Tidal-ı Kanye Uest, Cey Zi və digər məşhur amerikalı musiqiçilər yaradıblar.
Lakin Uestin qəribə açıqlamaları bununla bitməyib.
O, borclarının 53 milyon dollara çatdığını bildirib, özünü "yeni nəslin Disneyi" adlandırıb və Facebook sosial şəbəkəsinin sahibi Mark Zukerberqdən 1 milyard dollar borc istəyib.
"Mark Zukerberq, Kanye Uestin ideyalarana 1 milyard dollar yatır, onun indi yaşayan sənətçilər arasında ən böyük, bütün sənətçilər arasında ən möhtəşəm olduğunu etiraf et", "Mark, səndən yardım istəyirəm. Həyatda edə biləcəyin ən yaxşı işlərdən biri yardıma ehtiyacı olan mənə kömək etməyin olar. Buna görə sənə sayğı duyacağam, dünya da səni sevəcək", - Kanye Uest belə yazıb.
Onun absurd tvitləri davam edib. Qaradərili reper yazıb: "Grammy üçün nitqimi məşq edirəm. Amma mənə "İlin ən yaxşı albomu" mükafatını vəd etməsələr, ora getməyəcəyəm".
Halbuki Kanye Uestin adı Grammy mükafatının nominantları arasında da yoxdu.
Kanye Uest "ağdərili jurnalist"lərə də xitab edib: "Pitchfork, Rolling Stone, New York Times və digər ağdərili nəşrlər. Lütfən, bundan sonra qaraların musiqisini şərh etməyin".
Bir qədər sonra reper yazıb: "Ağdərililəri sevirəm. Lakin onlar heç zaman anlamayacaqlar ki, qaradərililərin həmişə məğlub vəziyyətdə olduğu və uğura yalnız musiqi sayəsində nail ola biləcəkləri dünyada qaradərili kölənin nəticəsi kimi yaşamaq nə deməkdir".
"The Life Of Pablo" albomundakı mahnılardan birində Kanye Uest oxuyub: "Düşünürəm ki, Teylor Sviftlə cinsi əlaqədə ola bilərəm. Axı onu mən məşhurlaşdırmışam".
Bu azmış kimi reper məşhur müğənni Teylor Sviftə bu rüsvayçı sözləri tvit vasitəsilə paylaşmağı da təklif edib.
"Hə də, nə var ki?! Mahnıya arvadım da qulaq asdı, xoşuna gəldi", - Kanye Uest yazıb.
Milli.Az





