Baham Adaları Birliyinin "Ekson Saus Kaspian Limited" ("Exxon South Caspian Limited") şirkəti Azərbaycandakı filialını ləğv edir.

Milli.Az bildirir ki, Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.

Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.

Qeyd edək ki, "Exxon South Caspian Limited" ABŞ-ın "Exxon Corporation" neft-qaz korporasiyasına daxildir.

Milli.Az