A+
A–

Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın "İnnovativ Bankı" adını layiqincə qoruyub saxlayan "Bank of Baku" fəaliyyətinin 22-ci ildönümünü qeyd edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda "Bank of Baku" 700 min nəfərdən çox fiziki və hüquqi şəxsə baş ofis, əməliyyat mərkəzi və 20 filial vasitəsilə geniş çeşiddə maliyyə xidmətləri göstərir. Bankın yanvarın 31-nə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Mərkəzi Bankın müəyyən etdiyi minimum 30 faiz tələbinə qarşı bankın ani likvidlik əmsalı 330 faiz təşkil edir. Bununla yanaşı, bankın məcmu kapitalının adekvatlıq əmsalı 15,35 faiz təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10 faiz tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10,7 faiz leverec əmsalına malik olmaqla, bank Mərkəzi Bankın təyin etdiyi minimum 5 faiz tələbini iki dəfədən çox olmaqla yerinə yetirir.
Maraqlananlar "Bank of Baku"nun fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumatla bankın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ tanış ola bilərlər.
azertag.az: "Bank of Baku" fəaliyyətinin 22-ci ildönümünü qeyd edib