A–
Helsinki, 18 fevral, AZƏRTAC
Finlandiya ekoloji səmərəlilik baxımından dünyanın ən yaxşı ölkəsidir. Bu barədə məlumat Yel və Kolumbiya universitetlərinin Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində hazırladığı illik “Environmental Performance Index” reytinqdə yer alıb.
Finlandiya reytinqin bütün altkateqoriyalarında, kənd təsərrüfatı və meşə ehtiyatlarından istifadə istisna olmaqla, birinci yeri tutub. Tədqiqatı aparanlar Finlandiyanın ekologiya siyasətinin yüksək səmərəliliyini qeyd ediblər.
Reytinqdə ikinci yeri İslandiya, üçüncü yeri İsveç tutub.
Ekoloji səmərəlilik siyahısında Avropa qitəsindən olmayan ilk ölkə Yeni Zelandiyadır (11-ci yer). Böyük Britaniya 12, ABŞ 26, Almaniya 30, Ukrayna 33, Türkiyə 99-cu yeri tutub.
Siyahının son sıralarında Madaqaskar (178), Eritreya (179) və Somali (180) yer alıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
azertag.az: Finlandiya ekoloji səmərəlilik reytinqində birinci yerdədir