Türkiyəli müğənni İrem Derici 8 Mart Beynəlxalq Qadınlar günündə Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, “”Elektra events hall”da baş tutacaq tədbirə biletlərin qiyməti 30 manatdan 100 manata qədərdir.

Konsertin təşkilatçısı Tural Vəlizadə tamaşaçılara maraqlı gecə vəd edib:

“Axşam saat 8-də İrem Dericinin pərəstişkarlarını konsertdə gözləyirik. Əslində mən də müğənniyəm. Amma son günlər təşkilatçılıq işləriylə məşğul oluram. “Vəlizadə organization” böyük layihələr hazırlayır”.

Konsertin aparıcısı Lətafət Ələkbərova, informasiya dəstəyi isə Axşam.az saytıdır.

Biletləri şəhərin kassalarından və (055) 466 06 06 nömrəsindən əldə edə bilərsiniz.

İrem Dericinin konsertinə biletlərin qiyməti bəlli oldu