""
Azərbaycanın keçmiş prezidentliyi dövründə Prezident Aparatında işləmiş Hacı Hacıyev maraqlı bir xatirəsini bölüşüb.
H.Hacıyev feysbuk səhifəsində paylaşdığı xatirəsində Əbülfəz Elşibəy barədə yazır:
“Söhbət 1993-cü ilin aprel ayından gedir. O vaxt Prezident aparatında çalışırdım. Aparatın kitabxanasının üzvü idim və arabir oradan kitablar götürürdüm. Kitabxananın direktoru təxminən 36-38 yaşlı bəstəboy bir şəxs idi. Günlərin birində, növbəti dəfə kitab sifariş edəndə mənə yaxınlaşıb şikayət elədi ki, prezident Elçibəy iki-üç ay əvvəl oxumaq üçün bir neçə kitab götürüb, amma onların istifadə müddəti bitsə də, hələ qaytarmayıb...”