"Mançester Yunayted"in qapıçısı David de Xea "Midtjylland"a qarşı oyundan öncə dizindən zədələnməklə azarkeşləri məyus etmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, aparılan tibbi testlər qapıçının ciddi zədə almadığını göstərib. De Xea bir neçə gün istirahət edəcək. Onu bu müddətdə Serxio Romero əvəzləyəcək. Argentinalı qapıçı İngiltərə kubokunda "Şreusbury" ilə keçiriləcək qarşılaşmada iş başında olacaq.

"Qırmızı şeytanlar"ın zədəli oyunçuları isə həddən artıq çoxdur. Matteo Darmian, Fil Cons, Markos Roxo, Lyuk Şou, Maruan Fellaini, Bastian Şvaynştayger, Antonio Valensiya, Ueyn Runi və AdnanYanuzay bu siyahıdadır.

Milli.Az