Bu gün Lider telekanalının efirində yayımlanan "Tezdən oyan" verilişinin efirində maraqlı anlar yaşanıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, verilişin formatına uyğun olaraq, hər gün bir mövzu ətrafında suallar qoyulur və sosial şəbəkə istifadəçiləri verilişin "Instagram" və "Facebook" səhifələrində həmin mövzuya münasibət bildirir.
Tamaşaçılardan biri isə mütəmadi olaraq aparıcıların kefinə soğan doğrayır. Nəhayət, əsəbləri tarıma çəkilən teleaparıcı Sima öz etirazını efir vasitəsilə dilə gətirib:
"Mikayılova Rəna adlı bir tamaşaçımız var. Çox aqressivdir. Deyəsən, psixoloji durumunda problemləri var. Hər səhər öz neqativini bizim üzərimizə tökmək istəyir. Bu, düzgün deyil. Bəyənmirsinizsə, baxmayın!"
Onun bu sözlərinə digər aparıcı Fira bu cür münasibət bildirib:
"Mən razı deyiləm. Qoy izləsinlər. Studiyada 3 aparıcıyıq. Hamımızı eyni cür sevə bilməzlər. Məni sevməyən digərlərini sevə bilər və ya əksinə. Sevməsəniz də, hörmət etmək lazımdır. Təhqirə keçməmək şərtilə istənilən tənqidə açığıq. Onlardan nəticə çıxarmağı bacarırıq. Məsələn, mənim kilolu olmağımı o qədər tənqid etdilər ki, arıqlamağa başladım".
Milli.Az